I Vasiley (imperator)

I Vasiley
yun. Βασίλειος Α΄ο Μακεδών
erm. Բարսեղ Ա Մակեդոնացի
24 sentyabr 867 – 29 avqust 886
ƏvvəlkiIII Mixail
SonrakıVI Leo
Şəxsi məlumatlar
Doğum tarixi 811
Doğum yeri
Vəfat tarixi 29 avqust 886
Vəfat yeri
Vəfat səbəbi qızdırma
Fəaliyyəti suveren[d]
Uşaqları Leo
Aleksandr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

I Vasiley (yun. Βασίλειος Α΄) və ya Makedoniyalı Vasiley (yun. Βασίλειος ὁ Μακεδών) (811, Ədirnə, Frakiya[d]29 avqust 886, Konstantinopol) — Bizans imperatoru.[1] Makedoniya sülaləsinin banisidir.[2][3]

Makedoniya əyalətində kasıb kəndli ailəsində dünyaya gəlmişdir. Daha sonra Bizans imperatoru III Mixailin qohumlarından birinin xidmətinə alındı və beləcə, sarayda əlaqə qurdu. Daha sonra sarayda yüksəldi və imperatorun məşuqələrindən biriylə evləndirildi. Evlənməsinə baxmayaraq xanımının imperatorla olan sevgi macəralarına göz yumdu və bu vasitəylə sarayda gücləndi. Hətta bu vəziyyət o qədər ağırlaşdı ki, bu xanımın dünyaya gətirdiyi ilk övladı və daha sonra taxta çıxacaq olan VI Leonun atasının kim olduğu hələ də bilinmir.

Çox keçmədən sezar titulu aldı və mühüm rəqiblərini aradan qaldırdı. İmperatora yaxınlaşan Vasiley 866-cı ildə özünü ortaq imperator elan etdirdi. Cəmi bir il sonra imperator sui-qəsdlə öldürüldü və I Vasiley taxta çıxarıldı.

Hakimiyyət illəri Bizans imperiyasının çiçəklənmə dövrü olaraq qəbul edilir. 869-cu ildə oğulları Konstantini, 870-ci ildə Leonu, 879-cu ildə isə Aleksandrı ortaq imperator elan edərək ailəsinin taxt iddialarını gücləndirdi. Onun səltənətində Konstantinopolda güclü memarlıq işləri görüldü. Nea Eklezya kilsəsi məhz onun sifarişiylə inşa edilmişdir.

Ölümünün ardından oğlu və ya oğulluğu VI Leo hakimiyyətə gəldi.

  1. Martindale, J.R. (2001). Prosopography of the Byzantine Empire. ISBN 978-1-897747-32-2
  2. Vasiliev, Alexander Alexandrovich (1928–1935). History of the Byzantine Empire. Madison, Wisconsin: The University of Wisconsin Press. ISBN 0-299-80925-0
  3. Gregory, Timothy E. (2010). A History of Byzantium. Malden, Massachusetts; West Sussex, England: Wiley-Blackwell. ISBN 978-1-4051-8471-7

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy